Cəlilabadlıların seçimi bəllidir

Cəlilabad rayonunda Yeni Azərbaycan Partiyasından ölkə prezidentliyinə namizəd cənab İlham Əliyevin seçkiqabağı təbliğat-təşviqat tədbirləri davam edir. 4 aprel 2018-ci ildə rayonun Qarazəncir və ona yaxın olan Sabirabad, Əliqasımlı, Gülməmmədli və Qarakazımlı kəndlərinin 400 nəfərdən artıq seçiciləri ilə və bu məqsədlə YAP rayon təşkilatının inzibati binasında gənclər və qadınlarla keçirilən görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı rayonun yaşayış məntəqələrində seçicilərlə böyük ruh yüksəkliyi şəraitində keçirilən görüşlər barədə məlumat verdi, cənab İlham Əliyevin ölkə rəhbəri olduğu 15 ilə yaxın müddət ərzində ölkəmizdə gedən sıçrayışlı inkişaf barədə ətraflı söz açdı, ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, beynəlxalq nüfuzunun artması, bölgədə aparıcı mövqe tutması və digər vacib məsələlər barədə əsas məqamları hər iki tədbir iştirakçılarının diqqətinə çatdırdı. İlham Əliyevin dünyada yaxşı tanındığını, ölkəmizin hərtərəfli inkişafında cənab İlham Əliyevin böyük rolu, diqqət və qayğısını xüsusi vurğuladı və seçiciləri 11 apreldə cənab İlham Əliyevə səs verməyə çağırdı.

Seçicilərlə görüşdə çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov, cənab İlham Əliyevin Azərbaycan respublikasının prezidenti olduğu müddətdə ölkəmizin iqtisadi inkişafı, çox böyük əhəmiyyət kəsb edən iri layihələrin həyata keçirilməsi, demokratik dəyərlərə söykənən dövlətin yaradılması və inkişaf etdirilməsi, əhalinin yaşayış səviyyəsinin ilbəil yaxşılaşması, tikinti, quruculuq və abadlıq işlərinin geniş vüsət alması, insanlara göstərilən gündəlik diqqət və qayğı, bütün bölgələrin sosial-iqtisadi inkişafının təmin olunmasına xüsusi önəm verilməsi məsələlərini konkret faktlar və rəqəmlərlə seçicilərin diqqətinə çatdırdılar və bütün seçiciləri aprelin 11-də cənab İlham Əliyevə səs verməyə çağırdılar.

Qarazəncir kəndində keçirilən görüşdə seçicilərindən çıxış edən şəhid ailəsinin üzvü Sevda Nəcəfova, ağsaqqal Məhərrəm Bayramov, təhsil işçiləri Elnarə Poladova, Şahin Kazımov, Həmdulla İbayev, Ramiz Ağayev və Kəmalə Şərbətova, təqaüdçü Akif Hüseynov, kənd sakini Haqverdi Hüseyov, habelə gənclər və qadınlarla keçirilən görüşdə iştirak edən seçicilərdən mədəniyyət işçisi Bəturə Muradlı, YAP rayon təşkilatı Qadınlar şurasının üzvü Lətifə Heydərova, YAP rayon təşkilatı idarə heyətinin üzvü Elçin Hüseynov, tibb işçisi Gülər İsgəndərova , YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Vüsal Kazımov, H.Əliyev mərkəzinin direktoru Ofelya Qəhrəmanova və başqaları çıxış edərək, cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini qeyd etməklə, Azərbaycan xalqına göstərdiyi daimi diqqət və qayğıya görə ona öz minnətdarlıqlarını bildirmiş, rayonun seçicilərinin mütləq əksəriyyətinin iradəsini ifadə edərək, 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəsdəkləyəcəklərini və ona səs verəcəklərini bəyan etmişlər.