Cəlilabadlıların seçimi İlham Əliyevdir

XALQ,AZ xəbər verir ki,  YAP Cəlilabad rayon təşkilatı partiyanın ölkə Prezidentiliyinə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat tədbirləri çərçivəsində rayonun yaşayış məntəqələrində seçicilərlə görüşləri davam etdirir. Bu gün rayonun Göytəpə şəhərində seçicilərlə, habelə Cəlilabad şəhərində rayonun təhsil işçiləri ilə növbəti görüşlər olub.

Həmin tədbirləri Prezidentliyə namizəd cənab İlham əliyevin seçki qərərgahının Cəlilabad rayonu üzrə şöbəsinin rəhbəri, YAP rayon təşkilatının sədri cənab Mirsüleyman Mirxaslı açmış və seçicilərə cənab İlham Əliyevin Prezident olduğu 15 il ərzində ölkədə bütün sahələrdə çox böyük nailiyyətlərə nail olunması, hər bir istehsal və qeyri istehsal sahələrinin yenidən qurulması sayəsində həmin sahələrdə sıçrayışlı inkişafa nail olunması məsələlərini konkret faktlar və misallarla seçicilərin diqqətinə çatdırmış, ölkənin bütün bölgələrinin, o cümlədən Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə cənab İlham Əliyevin gündəlik diqqət və qayğı göstərdiyini seçicilərə şərh etdi.

M.Mirxaslı Cəlilabad rayonunun sosial-iqtisadi inkişafının son 10 ilinin qısaca təhlilini seçicilərin diqqətinə çatdıraraq qeyd etdi ki, cənab İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində rayonumuz üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə əsaslı artım əldə edilmişdir. Belə ki, müqayisə olunan dövrdə rayonda ümumi məhsul istehsalı, Sənaye və kənd təsərrüfatı, pərakəndə ticarət dövriyyəsi, əhaliyə göstərilən pullu xidmətlərin həcmi xeyli artmış, sahibkarların və sahibkarlıq suyektlərinin sayı çoxalmış, Cəlilabadın ən yüksək ərazisində bayraq meydanı yaradılmış, yeni müasir xəstəxana, müalicə diaqnostika mərkəzi, çoxlu sayda yeni məktəblər tikilmiş və əsaslı təmir edilmiş, yeni müasir ornamentli H.Əliyev yaradıcılıq mərkəzi, tarix diyarşünaslıq muzeyi, H.Əliyev mərkəzi, ulu öndərin adını daşıyan park və seyrəngah, olimpiya idman kompleksi, şahmat məktəbi, şərab zavodu və yeni kəndarası asfalt yollar digər obyektlər tikilib istifadəyə verilmiş, kəndlərimizin təbii qazla təmin olunması istiqamətində xeyli iş görülmüş və bu işlər davam edir.

Sonra Mirsüleyman Mirxaslı bütün Azərbaycan xalqına, o cümlədən Cəlilabadlılara göstərdiyi diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlığını bildirdi və əmin olduğunu bildirdi ki, 11 aprel 2018-ci ildə keçiriləcək seçkilərdə seçicilərimiz qayğıkeş insan, H.Əliyev siyasi kursunun davamçısı cənab İlham Əliyevə yekdilliklə səs verəcəklər.

Sonra seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov İlham Əliyevin ölkə prezidenti olduğu müddətdə Azərbaycanın inkişafı, bütün sahələrdə əldə olunmuş nəzərəçarpacaq uğurlar, ölkə əhalisinin firavan yaşaması üçün həyata keçirilən tədbirlər, bu istiqamətdə gələcəkdə həyata keçiriləcək layihələr və digər məsələlər barədə seçicilərə ətraflı məlumat verməklə seçiciləri 11 apreldə cənab İlham Əliyevin namizədliyini dəstəkləməyə və ona səs verməyə çağırmışlar.

Göytəpə şəhərində seçicilərlə keçirilən görüşdə çıxış edən ağsaqqallar Zakir Nəbiyev və Mirhəşim Şərifov, təhsil işçiləri Günel Əliyeva, Elmira Abbasova, Maarif Əliyev, Şaməddin Əsədullayev, Vasif Hüseynov, Həsən Həsənov, tibb işçisi Araz Cahangirov və başqaları , habelə təhsil işçiləri ilə keçirilən görüşdə çıxış edən Elminaz Nadirova, Qərənfil Əhmədova, İlkin Rəsulzadə, Kamilə Hacıyeva, Raci Bayramov, Ziya Qürbətov, Azad Cəfərov, Şəhla Əmənova, Adışırın Kazımov və başqaları çıxış edərək, cənab İlham Əliyevin daxili və xarici siyasətini bəyəndiklərini qeyd etməklə, Azərbaycan xalqına göstərdiyi diqqət və qayğıya görə ona öz minnətdarlığlarını bildirmiş, təhsil sahəsində çalışan bütün seçicilərin iradəsini ifadə edərək, 11 apreldə məhz cənab İlham Əliyevə səs verəcəklərini qeyd etmişlər.

 

 

Elgün