Cəmil Həsənli üçün 509 manat pul yığılıb-RƏZALƏT

cemilll

Milli Şuranın iclası başlayıb – Cəmil Həsənli üçün 509 manat pul yığıldı

Milli Şuranın mətbuat üçün açıq olan növbəti sessiyası öz işinə başlayıb. Modern.az xəbər verir ki, Müsavat partiyasının qərargahında baş tutan iclasda əsas müzakirə mövzusu Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki kampaniyasının aparılması ilə bağlıdır.AXCP sədri Əli Kərimli çıxışı zamanı vurğulayıb ki, bugünkü iclasın əsas məqsədi C. Həsənlinin təbliğat-təşviqat kompaniyasının istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. O həmçinin bildirib ki, imza toplama kampaniyası da uğurla davam edir.

Daha sonra bildirilib ki, Cəmil Həsənli üçün açılan bank hesabına 509 manat vəsait yığılıb.