Cəmil Həsənlinin əlilliyini təsdiq edən sənəd -FOTO

9

 

Redaksiyamıza çox maraqlı sənədlər daxil olub. Onları görənlər bu fakta bəlkə də inanmayacaqlar. Amma sənədlər göz önündədir və realdır. Həmin sənədlərin məzmunundan belə məlum olur ki, müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənli 2011-ci il, iyunun 22-də səhhəti ilə əlaqədar olaraq vaxtından əvvəl təqaüdə çıxıb. Sənədlərdə yazılanlara inansaq, C.Həsənlidə inkişaf etməkdə olan və şəkərli diabetin güclənməsindən yaranan görmə probleminin olduğu üzə çıxıb. Tibbi dildə buna “diabetik angiopatiya” deyilir.

Vikipediyada bu barədə yazılanlardan belə məlum olur ki, bu xəstəlik şəkərli diabetin uzunmüddətli təsiri və qanda şəkərin miqdarının çox olması nəticəsində arteriya, vena və xırda kapilyar damarların divarlarının dağılması ilə səciyyələnir. Bununla əlaqədar olaraq ətraf nahiyələrdəki hüceyrələrdə hipoksiya (oksigen aclığı) yaranır, nəticədə xəstənin əksər orqanları zədələnir. Xəstəliyin bu cür gedişində üzə çıxan hallardan biri də gözün soğanağının (retinopatiya) zədələnməsidir.

Arayışdan da göründüyü kimi, C.Həsənlidə də məhz bu hal aşkarlanıb. Beləliklə, prezidentliyə namizəd III dərəcəli əlillik diaqnozu ilə vaxtından əvvəl təqaüdə göndərilib. Onun keçmiş deputat kimi aldığı təqaüdün məbləği isə yüksəkdir – ayda 2002 manat.

Burada nəsə yerində deyil deyə ziddiyyət yaranır. Cəmil Həsənli ya demək olar ki, kordur, ya da yalançı. İstənilən halda ikinci variantdır. Fərz edək ki, arayışlar yalan demir. Onda sual yaranır: belə bir adam dövlətə necə rəhbərlik edə bilər? Prezidentin iş qrafikinə norma müəyyən edilməyib. Onun işi həddən artıq çoxdur – çoxsaylı uzaq səfərlər, təyyarə uçuşları, fasiləsiz olaraq kağızlarla, sənədlərlə işləmək və s. Bu işi görmək üçünsə həddən artıq diqqətli olmalısan, fikrini cəmləyə bilməlisən. Bəs onda Azərbaycana onun öz Fidel Kastrosunun, yaxud Nelson Mandelasının olması lazımdırmı?

Yaxud ikinci varianta baxaq. Həsənli sadəcə olaraq Həsənov soyadlı tanış həkim tapıb. O da köhbə dostluğun (bəlkə də heç dostluğun xətrinə yox, amma bunu araşdırmaq bizim işimiz deyil) xətrinə Həsənliyə bu arayışı verib.

Ola bilərmi ki, həkimi sadəcə aldadıblar və o da bu yalanın qurbanı olub?

Həkimlər deyir ki, bu variant sadəcə mümkün deyil. Belə xəstəliyi olan adamda həmin xəstəliyin həddən artıq çox açıq-aydın əlamətləri özünü göstərir: onlarda böyrəklərin funksionallıq səviyyəsi aşağı düşüb pozulur, arterial təzyiq problemi olur, ayaqlar şişir və s. Görmə qabiliyyətinin pozulması hallarını göz soğanağının müayinə olunması yolu ilə aşkarlamaq olar. Lakin əgər xəstə iş qabiliyyətinin və intellekt səviyyəsinin aşağı düşməsini hiss etmirsə, o, uğurla çalışa bilər. Buna baxmayaraq C.Həsənliyə verilən arayışda deyilir: “Az həcmdə yüngül işdə işləyə bilər”.

Göründüyü kimi, tibbi arayışda yazılanlar həddən artıq şişirdilib. Həsənli diabetdən uzun müddətdən bəri əziyyət çəksə də… O, “bu xəstəlik məndə çoxdan var” desə də…

Beləliklə, C.Həsənlinin yalanı bu arayışı imzalayan həkimin vicdansızlığı ilə birləşərək dövlət büdcəsinə artıq təqribən 52000 manat ziyan vurub. Əgər C.Həsənlinin əlilliyi qalmaqda və o, pensiya almaqda davam eləsə, Dövlət Sosial Müdafiə Fondu prezidentliyə namizəd Həsənli pensiya yaşına çatana qədərki 2 ildə hələ nə qədər əlavə vəsait xərcləməlidir

 

11 12