Cərimələr artırılmalıdır

“Ekoloji qanunvericiliyi pozanlara görə müəyyən edilən cərimələrin miqdarı artırılmalıdır. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirinə də müraciət etmişəm”.

XALQ.AZ xəbər  verir ki,bu sözləri Milli Məclisdə çıxışı zamanı vitse-spiker Valeh Ələsgərov deyib.

O, bu günlərdə Ceyranbatan su anbarına axıdılan tullantılara görə verilən cəzanın yetərli olmadığını deyib:

“Su anbarına tullantı axıdanlar 6550 manat cərimə edildi. Milyonlar qazanan iki quruma görə bu cərimə nədir ki? Qanunu pozanlara görə verilən cəza yetərli olmayanda insanlar qanuna əməl etmək istəmir. Ona görə də cərimələr artırılmalıdır. Rəqəm nə qədər az olsa, insanlara qanuna əməl etməkdə maraqlı olmayacaq”.

 

 

Orxan