Cabir Novruzun oğlu vəfat etdi

Azərbaycanın mərhum Xalq şairi Cabir Novruzun oğlu Müşfiq Cabiroğlu vəfat edib.

 

XALQ.AZ xəbər verir ki, bu barədə mərhumun yaxın dostu, prodüser Ataş Hüseynov məlumat verib.

Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

Qeyd edək ki, M. Cabiroğlu şairin üçüncü, sonbeşik övladıdır. Onun 54 yaşı var idi.

Qeyd edək ki, Müşfiq Cabiroğlu 3 oktyabr 1964-cü ildə Bakı şəhərində anadan olub. 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

 

Orxan