Cahangir Novruzovun yeni tamaşası-Fotolar

Cahangir Novruzov Adanada yeni tamaşasını təqdim etdi - fotolar
Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib.

XALQ.AZ xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, yunan yazıçı Yakovos Kambanellisin “Möcüzələr həyəti” (“Harikalar Avlusu”) adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib.

Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının baş rejissoru və “Altın Koza” Film Festivalının baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.

Tamaşa Afinanın kənar məhəllələrində yaşayan insanların yaşadıqları çətinliklərdən qurtarmaq üçün apardığı mübarizədən, ümidlərindən bəhs edir. Eyni həyətə baxan beş otaqda yaşayan beş ailənin iç-içə davam edən həyatındakı sevinci, kədəri, sirləri bölüşməsi, bir-birinə dəstək olaraq yaşamaq uğrunda mübarizəsi anladılır.

Premyeranın sonunda İsmail Dikilitaş tamaşanın rejissoru, professor Cahangir Novruzova gül dəstəsi təqdim edərək minnətdarlığını bildirib. O, eyni zamanda teatr sənətini yaşatdığı və teatr xadimlərinə böyük dəyər verdiyi üçün Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyin Sözlüyə təşəkkür edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.