Cavid Qurbanov gediş haqqını artırdı – Cədvəl

Martın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının gediş tariflərində dəyişiklik ediləcək.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Xidmət xərclərinin balanslaşdırılması məqsədilə, 3 mart 2017-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı cədvələ uyğun olaraq dəyişdirilir:
İstiqamət Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1.0 1.60
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.40 1.20
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.60 1.40
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.40 0.80
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.80 1.40
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.60 1.20
Qeyd edək ki, bundan əvvək elektrik qatarlarında gediş haqqı tarifləri aşağıdakı kimi idi:
İstiqamət Tarif (manatla)
ekonom biznes
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 0.80 1.20
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0.30 0.80
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0.40 1.0
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0.20 0.40
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0.60 1.0
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0.40 0.80