Çavuşoğlu Bakıya gəlir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana səfər edəcək.

XALQ.AZ xəbər verir ki,  səfər zamanı Çavuşoğlunun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla təkbətək və nümayəndə heyətləri ilə görüşü nəzərdə tutulub.

Bundan əlavə, Çavuşoğlu Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək.

 

 

Orxan


Comments are closed.