Çavuşoğlu başsağlığını rus dilində verdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.

XALQ.AZ xəbər verir ki,o başsağlığını öz “Twitter” səhifəsindən ünvanlayıb.

Nazir başsağlığını rus dilində ifadə edib.

Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında “Mi-8” tipli sərnişin vertolyotu qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.

 

 

Orxan