XALQ.AZ xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda ASEAN-a üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısı çərçivəsində görüşüb.
Onlar Suriyadakı vəziyyəti, Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini, ABŞ istehasalı olan F-35 döyüş təyyarələrinin 5-ci nəslinin Türkiyəyə tədarük olunmasını, eləcə də amerikalı keşiş Endryu Bransonun mühakiməsini müzakirə ediblər.
Qeyd edək ki, ABŞ 2016-cı il iyulun15-də Türkiyədə dövlət çevirlişində iştirakda şübhəli bilinən Endryu Bransona görə Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiya tətbiq edib.
Orxan