Cem Yılmaz məşhurları ələ saldı (VİDEO)

Məşhur türk “stand-up”çı Cem Yılmaz ALS xəstəliyinə diqqəti çəkmək üçün yayılan “Buzlu su” kampaniyasına münasibətini göstərib.

XALQ.AZ-ın məlumatına görə, Türkiyəli məşhur komediya ustası, “stand-up”ları ilə milyonların sevimlisinə çevrilən Cem Yılmaz son günlər sosial şəbəkədə məşhurların da dəstək verdiyi ALS xəstəliyi üçün “Buzlu su” kampaniyasına aid video yayımlayıb.

Aktyor sosial şəbəkədə yayımladığı videoda məşhurların kampaniyanı əyləncəyə çevirməsini ironiya ilə qarşıladığını göstərib. Gözlənildiyi kimi o, başına su tökməyib. Bunun əvəzində isə buzlu suyu maketinin başına töküb və buz saldığı içkisini içməyə davam edib.

Onun bu hərəkəti sosial şəbəkədə bir çoxları tərəfindən gülüş doğursa da, qınayanlarda az olmayıb.