Çexiyada “Əli və Nino” haqqında təqdimat keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar aprelin 13-də ölkəmizin Çexiyadakı səfirliyində “Əli və Nino” haqqında təqdimat keçirilib.

XALQ,AZ xəbər verir ki, Praqada fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərlərinin xanımlarını özündə birləşdirən Praqa Diplomatların Həyat Yoldaşları Assosiasiyasının üzvləri Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin xanımı Ülkər Şəfiyevanın dəvəti ilə tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən səfir Fərid Şəfiyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə və sonra baş verən proseslər, habelə “Əli və Nino” əsəri haqqında ətraflı məlumat verib.

Sonra “Əli və Nino” əsəri ilə bağlı müzakirələr davam edib və Azərbaycan səfiri iştirakçıların suallarını cavablandırıb.

Daha sonra iştirakçılar Azərbaycan mətbəxinin təamlarına qonaq ediliblər.

 

Elgün