Ceyranbatan sakinləri Bakı-Sumqayıt yolunu bağladı (FOTO)

E-1

Dünən axşam saatlarında Ceyranbatan qəsəbəsinin bir neçə yüz sakini Bakı-Sumqayıt magistral yolunu bağlayaraq aksiya keçirib.

Xalq.az-ın məlumatına görə, aksiyaya səbəb Ceyranbatan yaşayış sahəsində son günlər ərzində içməli suyun verilməməsi səbəb olub.

Aksiya iştirakçıları təcili şəkildə suyun verilişinin bərpasını tələb edib. Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olub. Əraziyə cəlb edilən polis camaatı yoldan uzaqlaşdırmağa nail olsa da, yoldakı tıxac tam aradan qalxmayıb. Polis təkid etsə də, sakinlər dağılışıb getmək istəməyib və “Azərsu” əməkdaşlarının gəlməsini tələb edib.

E-2

E-3

E-4

E-1