Çiçək: “Zaur toya 4 minə gedir”

XALQ.AZ xəbər verir ki, Çiçək ləqəbli Şəhla Vakkas aparıcı-prodüser (Tolik) Tarix Əliyevin aparıcılıq etdiyi verilişində qonaq olub. Tolik proqramına aparıcı Zaur Kamalı dəvət edib. Lakin o, gəlməyib. Tolik bildirib ki, Xəzər TV ilk gələndə bütün aparıcılar onunla birgə efirə çıxıb, dəstək olublar: “Zaur mənə sms yazıb ki, “Başqa verilişdə özümü rahat hiss etmirəm. Kompleks keçirirəm”.

Şəhla isə verilişin şərtlərinə uyğun olaraq həmkarı Zaur Kamalın mənfi cəhətlərini sadalayıb: “Allah səni bildiyi kimi etsin. Toya 4 min dollara gedir. Onun mənfi cəhəti birlikdə gördüyümüz layihələr zamanı üzə çıxır. Məni orada çalışanlara qarşı qızışdırır”.

Z.Kamalın toy qiymətinə T.Əliyev fikir bildirib: “4 min dollara gedir, sonra da ağlayır ki, pulum yoxdur. Hələ müğənnilərə irad tutur ki, toya baha gedirsiz”.

 

Elgün