Çimərlik futbolu uğursuz başladı

Futbol

Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası Avropa Kuboku turnirinə məğlubiyyətlə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, A qrupunda yarışan millimiz Avropa Kuboku turnirinin ikinci oyun günü qum üzərinə çıxıb. Portuqaliyalı futbol mütəxəssisi Ze Migelin çalışdırdığı millimiz qrupda ilk oyununu Yunanıstan millisinə qarşı keçirib. Oyunda hesabı ilk olaraq Ellada təmsilçisi açıb.

Komandamız Zeynalovun standart vəziyyətdən vurduğu qolla hesaba tarazlıq gətirib. Sultanovun məntiqi sonluğa çatdırdığı kombinasiyadan sonra isə hesabda irəli çıxıb. Amma komandamız bu uğurun davamını gətirə bilməyib. Oyun ərzində 2 dəfə hesabı bərabərləşdirən rəqib yekun nəticədə qarşıdurmanı 4-3 hesabıyla qazanıb.