“CinemaPlus”da Ümummillli Lider haqqında film nümayiş olunacaq

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında Ümummillli Lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə “Professional” qısametrajlı sənədli filminin nümayişi keçiriləcək.

XALQ.AZ xəbər verir ki, Vaqif Mustafayevin sənədli filmin səkkizincisi olan “Professional” Dahi Liderimizin dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətinə həsr olunub.

Bu hissədəki hadisələr 1949-1969-cu illəri əhatə edir. Filmdə tamaşaçı auditoriyasına məlum olmayan çoxlu faktlara nəzər salınıb.

Film 10 may 11:30-da nümayiş olunacaq. Giriş sərbəstdir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir