Cocuq Mərcanlıda Azərbaycan Ordusunun 100 illiyi qeyd edildi

Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Ordusunun 100 illiyi qeyd edilib.

 

XALQ.AZ  xəbər verir ki, Cocuq Mərcanlı kəndində bayram konsert proqramı və Azərbaycan hərbçilərinin müşayəti ilə qeyd edilib.

Bayram tədbirində ağır zirehli texnika və Ordumuzun gücü bir daha nümayiş etdirilib. Tədbirdə sənət nümayəndələri, dövlət rəsmiləri, siyasətçilər iştirak edib.

Cocuq Mərcanlı sakinləri bayramı xüsusi şövqlə qeyd ediblər.

 

 

 

 

Orxan