Coşqun Konçitanı parodiya edəcək

5

 

Bu şəhərdə” komandası növbəti konsertinə hazırlaşır.

Axşam.az-ın məlumatına görə, bu haqda komandanın aktyoru Rəfael İsgəndərov və ssenaristi Müşviq Abbasov “Onlar” verilişinə açıqlamalarında deyiblər. Yeni tamaşadan bəhs edən R.İsgəndərov bu dəfə hədəflərinin “Eurovision-2014” qalibi Konçita Vurst olacağını bildirib:

“Səhnələrlə bağlı bir söz deyə bilmərik. Amma bir səhnəmiz, artıq məlumdur. Bu da Konçitadır. Onu Coşqun parodiya edəcək. Görürsünüz, son vaxtlar saqqal saxlayır. Saçını da uzadacaq”.

Qeyd edək ki, “Bu şəhərdə”nin növbəti çıxışı oktyabrda baş tutacaq.