Coşqun müalicədən qayıtdı

3

 

Səhhətindəki problemlə əlaqədar Türkiyəyə yollanan tanınmış gülüş ustası Coşqun Rəhimov Bakıya qayıdıb.

Xalq.az Axşam.az-a istinadən  xəbər verir ki, İstanbulda müayinə olunan Coşqun ötən gün “Yaxşıların-yaxşısı 2013” mükafatlandırma mərasiminə qatılıb.

Xatırladaq ki, aktyor 2010-cu ilin noyabrında qalxanvarı vəzisindəki şişlə əlaqədar cərrahiyyə əməliyyatı olunub. Həkimlər ona ömürlük xüsusi dərman qəbul etməyi tapşırıblar. 2011-ci ilin oktyabrında isə Heydər Əliyev Sarayında çıxış zamanı Coşqunun halı proqramın ortasında pisləşmiş və o, özündən getmişdi. O zaman məlum olmuşdu ki, aktyor bəzi hallarda həkimlərin təyin etdiyi dərmanı vaxtlı-vaxtında qəbul etmirmiş.