Dəhşətli avtoqəza-FOTOLOR

06

 

 

Hadisə nəticəsində avtomobil magistralında böyük tıxac yaranıb

Xalq.az xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, DYP postu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Dörd KamAZ markalı yük maşınının toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Qəzaya səbəb daşla yüklü olan KamAZ-ların önündə gedən maşının idarəetməni itirməsi olub.

Hadisə nəticəsində Bakı-Qazax yolunda böyük tıxac yaranıb. DYP əməkdaşları avtomobillərin hərəkətinin bərpası üçün səylər göstərir.

 

01 02 03 04