“Dəmirbank” əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar

“Dəmirbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların veriləcəyi ünvanlar açıqlanıb.

Əmanətlərin Sığortalanması Fondundan (ADİF) XALQ.AZ-a verilən məlumata görə, “Dəmirbank”ın qorunan əmanətçilərinə kompensasiyalar 26 ünvanda veriləcək.

Ərizə formalarını qorunan əmanətçilər fevralın 1-dən etibarən Fondun Bakı şəhəri, Bülbül prospekti, 40 və Bakı şəhəri, Babək prospekti, 16, ünvanında yerləşən ofislərindən, aşağıda qeyd edilən “KapitalBank”ın filiallarından və ya ƏSF-nin www.adif.az internet-saytından əldə edə bilər.

Aşağıdakı cədvələ uyğun olaraq qorunan əmanətçilər ləğv prosesində olan “DəmirBank” ASC-də əmanəti olduğu filialın qarşısında qeyd edilən “KapitalBank” ASC-nin filialına fevral 1-dən müraciət edərək, şəxsiyyətini təsdiq edən sənəd, əmanət müqaviləsi və doldurulmuş ərizələri əsasında kompensasiyalarını ala bilərlər.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-cı il tarixli, 49/1 saylı qərarı ilə “DəmirBank” ASC-yə bank fəaliyyəti üçün verilmiş lisenziya 23 dekabr 2017-ci il tarixindən ləğv edilib. ADİF Palatanın Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 dekabr 2017-cı il tarixli məktuba istinadən bildirir ki, “DəmirBank” ASC-də sığorta hadisəsi 22 dekabr 2017-ci ildə baş verib.

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 28 dekabr 2017-ci il tarixli iclasının qərarına əsasən “DəmirBank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent-bank qismində “KapitalBank” ASC seçilib.

Rəsul.