“Dəniz Kuboku -2017” beynəlxalq yarış keçiriləcək

 

den

Martın 15-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib. XALQ.AZ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan, Rusiya, Qazaxıstan və İranın nümayəndə heyətlərinin qatıldığı konfransda “Dəniz Kuboku – 2017” beynəlxalq yarışının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğu vurğulanıb, hazırlıqla bağlı məsələlər və görüləcək işlər müzakirə olunub. Bildirilib ki, “Dəniz Kuboku -2017” artilleriya atışı, gəminin davamlılığı uğrunda mübarizə, dəniz və xilasetmə hazırlığı üzrə yarışlardan ibarət olmaqla üç mərhələdə keçiriləcəkdir. “Dəniz Kuboku -2017”də iştirak edəcək ölkələrin nümayəndə heyətləri yarışların təşkilinə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.