Dənizdə intihar edən qadının meyiti tapıldı

deniz

Xal.az -ın xəbərinə görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, dənizdən təxminən 40 yaşında olan qadın meyiti aşkarlanıb. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Suraxanı rayon şöbəsinə təhvil verilib. Dənizdə meyiti tapılan qadının Hövsan qəsəbəsi, Əhlimanov küçəsi ev 10 B mənzil 37 ünvanında yaşayan Leyla İsmayılova olduğu məlum olub.

L.İsmayılova intihar etmək məqsədilə dekabrın 30-da özünü dənizə atıb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.