Dərbənddə 300 azərbaycanlı girov saxlanılır

 

 

 

Rusiyadan Azərbaycan deportasiya edilən vətəndaşlarımızın görüntüləri yayılıb. Videoda deportasiyasını gözləyən azərbaycanlıların 4-gündür çətin vəziyyətdə olduğu görülür. Dərbənddə yerləşən Dağıstan üzrə Federal Miqrasiya Xidmətinin İdarəsində 4 gündür saxlanıldığı deyilən azərbaycanlılar ac və susuz olduqlarını deyiblər.

İdman zalında məcburi saxlanıldıqlarını deyən azərbaycanlılar, yatmaq üçün heç bir lazımi ləvazimatın olmadığını bildiriblər. Həmin görüntüləri təqdim edirik:
300 azərbaycanlı 4 gündür idman zalında yatır - VİDEO