Dağıstan Prezidenti soydaşlarını İlham Əliyevə səs verməyə çağırıb

18

Dağıstan prezidenti Ramazan Abdullatipov Azətbaycanda yaşayan həmvətənlərini 9 oktyabrda keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıb.

Xalq.az  prezident R.Abdullatipovun rəsmi saytına istinadən xəbər verir ki,müraciətdə Rusiyanın hər zaman Azərbaycanla ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyi qeyd edilib.

“Rusiya prezidenti Vladimir Putinin bu yaxınlarda Azərbaycana etdiyi səfər də bu münasibətlərin göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq uğurla inkişaf edir, ticarət dövriyyəsinin həcmi artır, humanitar, təhsil  sahədə əməkdaşlıq genişlənir, təhlükəsizlik məsələləri birgə həllini tapır”.

Daha sonra müraciətdə deyilir: “Dağıstan Rusiyanın bir hissəsi kimi Azərbaycana yaxın qonşudur və deyirlər ki, yaxın qonşu uzaq qohumdan daha yaxşıdır. Bu həqiqətən belədir, bizim tarixən yaxın münasibətlərimiz olub. Azərbaycanda çoxlu dağıstanlılar-ləzgilər, avarlar, saxurlar və digər millətlər yaşayır.

Artıq 10 ildir ki, Azərbaycana təcrübəli siyasətçi, müdrik dövlət başçısı İlham Əliyev rəhbərlik edir, hansıki, ona yalnız bu ölkənin vətəndaşları deyil, rus cəmiyyətinin də böyük hörməti var.

İlham Əliyev bu yüksək və məsul vəzifədə çox işlər görməyə nail olub. Azərbaycanın iqtisadiyyatıinkişaf edib, gəlirləri  artıb. Nəhəng investisiya layihələri Azərbaycanın mövqeyini Avropa və dünya enerji siyasətində möhkəmləndirib. İlham Əliyevin rəhbərliyin ilə Azərbaycanın 2020-ci ilə qədər inkişaf konsepsiyası hazırlanıb.

Əziz həmvətənlər, dağıstanlılar – Azərbaycan Respublikasının vətəndaşları! Azərbaycan bütün vətəndaşları üçün vacib olan siyasi hadisə ərəfəsindədir, sizin hamınızı bu seçkilərdə aktiv iştirak etməyə və Azərbaycanda davamlı sülhün, Rusiya ilə əməkdaşlığın inkişafının təminatçısı olan hazırkı Prezident İlham Əliyevə səs verməyə çağırıram”.