Dağıstanda xüsusi əməliyyat zamanı 2 silahlı öldürülüb

5

 

Dağıstanın Ərpəli kəndi yaxınlığında iki silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə götürülən ərazini tərk etməyə çalışarkən öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Milli Antiterror Komitəsinin (MAK) açıqlamasında bildirilir. MAK-ın məlumatına əsasən, insident meşədə antiterror əməliyyat zamanı baş verib. Bir qrup silahlı şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əhatəyə götürülən ərazini tərk etməyə çalışıb. Polislə qarşılaşan silahlılar atəş açıb və döyüş nəticəsində onlardan 2-si öldürülüb.  “Öldürülən silahlıların Buynaksk qruplaşmasının üzvü olduğu ehtimal olunur”, deyə MAK-ın açıqlamasında deyilir.
Hadisə yerində silah və sursat aşkarlanıb. Qrupun qalan üzvlərinin axtarışları davam etdirilir