Dağlıq Qarabağın erməni əhalisi bizimlə birgə yaşaya bilər

nazim_ibrahimov

Xalq.az məlumat verir ki, Bakıda keçirilən “Ali səviyyədə görüş” adlı forum çərçivəsindəki qapalı görüşlərdə siyasi problemlər, o cümlədən Dağlıq Qarabağ məsələsi müzakirə olunub, problemin həlli üçün variantlar təklif edilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov müzakirələrin yekununda mətbuat konfransı keçirərək bildirib ki, münaqişələrin həllinin axtarılmasında daha yaxından iştirak etmək və bu prosesə töhfə verə bilmək ətrafında fikir mübadiləsi aparılıb: “Müzakirələr zamanı maraqlı təkliflər səsləndi. Məsələn, İsveç və Finlandiya arasında olmuş mübahisəli ada ilə bağlı model tapıblar və onun Qarabağa şamil edilməsi təklif olundu”.
N. İbrahimov xatırladıb ki, Azərbaycanın Dağlıq Qarabağa vermək istədiyi status bəllidir: “Ermənilər bundan artıq nə istəyə bilər? Azərbaycanda açıq cəmiyyət, tolerantlıq məsələlərinin müzakirəsini təşkil etməklə biz dünyaya bəyan edirik ki, Dağlıq Qarabağın erməni əhalisi bizimlə birgə yaşaya bilər.