Daha bir futbol klubunun prezidenti istefa verdi

“Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev  tutduğu vəzifədən istefa verib.

XALQ.AZ -ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.

K.Quliyev şəxsi istəyi ilə vəzifəsindən ayrılıb.

“Sumqayıt” klubu Kamran Quliyevə klubdakı fəaliyyətinə görə təşəkkür edir və gələcək işlərində uğurlar arzulayır.

RƏSUL