Milli Məclis yenidən toplanacaq

Milli Məclisin iyun ayında keçiriləcək daha 2 növbədənkənar iclasının vaxtı bəlli olub.

XALQ.AZ xəbər verir ki, iyunun 28 və 29-da Milli Məclisin növbədənkənar iclasları keçiriləcək.

Bununla da Milli Məclisin növbədənkənar iclaslarının keçirilməsi başa çatacaq.

İclasların gündəliyi yaxın vaxtlarda açıqlanacaq. Növbədənkənar iclasda “2018-ci ilin dövlət büdcəsi haqqında” qanuna yenidən baxılacaq.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir