DAİM-in üzvlərinin səfəri davam edir.

 

 8

Zaur Mirzə-zadə İstanbulda bır sıra görüşlər keçirib

 

Dünya Azərbaycanlıları İçtimai Mərkəzin sədri  Zaur Mirzə-zadə Baş Koordinator Hüseyn Niriyev və koordinator Emin İsmayılov Türkiyənin İstanbul şəhərində səfərdə olublar. Mərkəzdən Xalq.az-a verilən məlumata görə, səfər çərçivəsində İstanbulda bir sıra mühüm görüşlər keçirilib.İlk olaraq Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalovla görüş keçirilib. Görüşdə Türkiyədə təhsil alan Azərbaycanlı gənclərlə bağlı məsələlər, Türkiyə-Azərbaycan münasibətlərinin bugünkü durumu geniş müzakirə mövzusu olub. Görüş 9 oktyabrda Baş konsulluğda keçirilib. Görüş zamanı Həsən Zeynalov İstanbulda yaşayan soydaşlarımız seçkilərdə fəal iştirak etdiyini vurğulayıb.  Sonra Mərkəz tərəfindən keçirilən sorğuda Qızıl Buta mükafatına layıq görülən Baş Konsula Zaur Mirzə-zadə mükafatını təqdim etdi.Türkiyənin nüfuzlu “Haber Türk” televiziyasına  müsahibə verən Zaur Mirzə-zadə Azərbaycanda gənclərinin dünyaya intiqrasiya olunmasından, Azərbaycanda gənclərə göstərilən diqqətin təşəbbüskarı bilavasitə Prezident İlham Əliyev olmasından danışıb. Növbəti görüş  Takvim qəzetinin Haber şefi İsmayıl İbrahimlə keçirildi Görüşdə Azərbaycan –Türkiyə  mediaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Türkiyə mediasından Azərbaycan gəncliyinin, Türkiyədə təhsil alan tələbələrimizin yaşam tərzinin və milli mədəni dəyərlərimiz müzakirə olunmuşdur. A-Haber agentliyinin müdiri  Mustafa Özkök ilə görüşən Dünya Azərbaycanlıları İçtimai Mərkəzin sədri Zaur Mirzə-zadə Xalq İnformasiya agentliyi ilə əməkdaşlıq mövzusunda müzakirələr aparılıb.

 

7 11 IMG_0103