Damla keçmiş ərindən danışdı

İfaçı Damla keçmiş həyat yoldaşından danışıb.

XALQ,AZ xəbər verir ki, ifaçı ilk dəfə bu məsələ ilə bağlı geniş məlumat verib. O, ” Oğlum bir yaşına kimi atasını görüb. Sonra həbsxanaya düşdü. Uzun bir müddətlik idi. 9 il idi cəzası. İndi çıxıb. Oğlumla hələ də görüşürlər. Mən onun haqqında heç bir pis söz deyə bilmərəm. Övladımın atasıdır. Barışıq ola bilməz. Çünki o evlidir. Çox xoşbəxt olsun inşaAllah. Arzu edirəm övladları da olsun. Mən onun haqqında heç bir pis söz deyə bilmərəm, hər kəs səhv edə bilər. Hansımız səhvsizik ki? Heç birimiz” deyə keçmiş həyat yoldaşı ilə bağlı yaşadıqlarından danışıb.

“Yenidən ailə həyatı qurarsanmı?” sualına isə ifaçı “yalan deməyim işim imkan vermir və s. Belə bir şey yoxdur. Mənə uyğun biri olsa niyə də yox. Amma oğlum buna qarşıdır. Çox qısqancdır. Hətta ətrafımdakı insanları belə təhlil edir. O sənə yaxşı baxmadı. Niyyəti yaxşı deyil deyir. A bala, sən uşaqsan, uşaqlığını et deyirəm ona. Hər işimə qarışır bu yaşında, heç inanmıram o da imkan verə”- deyə bu məsələyə də səmimi bir cavab verib.

https://youtu.be/1up4UvciIfQ

 

Elgün