Daşkəsəndə 5 orta ümumtəhsil məktəbi və bir uşaq bağçasının açılışı olub

 

0020

Daşkəsən rayonunda yeni tədrsin ilinin başlanması və Bilik günü münasibətilə təntənəli tədbirlər keçirilib. Bu Bilik günü rayon sakinləri üçün həm də ona görə əlamətdar olub ki, 5 ümumtəhsil məktəbinin və bir körpələr evi-uşaq bağasının açılışı olub.
Açılış mərasimlərində Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı, Dakəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Rövşən Rzayev və «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk olaraq, Daşkəsən rayon Quşçu kəndi Əli İsmayılov adına tam orta məktəbin açılışı olub. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. O daha sonra deyib ki, bu gün Azərbaycan inkişaf və tərəqqi dövrünü yaşayır. Ölkəmiz gündən-günə çiçəklənir, gözəlləşir. Ulu öndərimiz Heydər Əliyevin ideyaları iqtisadi-sosial, ictimai həyatımızın bütün sahələrində zəfər çalır, parlaq qələbələr qazanır. Ulu öndər Heydər Əliyevin siyasi kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, cəsarətli addımları sayəsində misilsiz nailiyyətlərlə uğurla davam etdirilir: “Təkcə son on ildə Azərbaycan əsrlərə bərabər bir inkişaf yolu keçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və həmçinin Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı sayəsində minlərlə ümumtəhsil məktəbləri, uşaq bağçaları, səhiyyə obyektləri və digər mədəni-məişət binaları tikilib istifadəyə verilmiş, təhsil ocaqları müasir avadanlıqlarla, o cümlədən texniki vasitələrlə təchiz edilmişdir. Rayonumuzun timsalında bunu daha aydın görürük. Daşkəsən rayonunun tarixində bu günkü, “Bilik Günü” çox sevindirici, əlamətdar hadisələrlə yadda qalır. Çünki 2013-cü ilin tədris ilində Daşkəsəndə Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Əmirvar-Əhmədli kəndlərində 5 yeni orta məktəbin və 1 uşaq bağçasının açılışını edirik. Rayonumuzda bu böyük layihələr möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən məsuliyyətlə və keyfiyyətlə, vaxtında həyata keçirilib”.
Daha sonra rayonda görülən quruculuq – abadlıq işləri barədə danışan Əhəd Abıeyv deyib ki, möhtərəm Prezidentimizin etdiyi vədləri on il ərzində görülən işlər, həyata keçirilən qlobal irimiqyaslı layihələrdə özünün tam əksini tarmışdır: “Budur ki, son il ərzində iqlim şəraitinin sərt olduğu ucqar dağ rayonunda -Daşkəsəndə 7 yeni müasir məktəb tikildi. Yeni müasir avtovağzal, yeni İcra Hakimiyyətinin inzibati binası, müasir tipdə tikilərək başa çatmaq üzrədir. Və rayonda 28 hündürmərtəbəli yaşayış evlərinin dam örtükləri dəyişərək əsaslı təmir olunub. Bunun davamı olaraq gələn il daha 18 məktəbin tikintisi və əsaslı təmiri nəzərdə tutulub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dəstəyi ilə “Yeni Daşkəsən” layihəsi günbəgün, ardıcıl olaraq həyata keçirilməkdədir. Artıq Zağalı-Kollu istiqamətindəki kəndlərlə rayon arasında yolların asfaltlaşdırılması tezliklə başa çatacaqdır. Yaxın vaxtlarda rayonun əksər kəndlərinin mavi yanacaqla təmin edilməsi və qarşıda olan digər problemli məsələlərin həlli istiqamətində məqsədyönlü işlər proqramla görülüb, həyata keçirilir. Beləliklə, Yeni Daşkəsən layihəsinin xoş gələcəyi gözlənilir. Biz daşkəsənlilər göstərilən bu diqqət və qayğıya görə hər birimiz böyük minnətdarlıq hissi ilə xalqımızı işıqlı gələcəyə uğurla aparan Heydər Əliyev ideyalarına daim sadiq qalacaq, Prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin ətrafında daha da sıx birləşərək var qüvvəmizi əsirgəməyəcəyik”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı da əvvəlcə yeni tədris ilinin başlanması – bilik günü münasibətilə məktəbliləri və onların valideynlərini təbrik edib. O, daha sonra Azərbaycanda həyata keçirilən dövlət siyasəti haqqında danışıb. Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraitinin təmin olunması, Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni bu siyasət insan amilinə söykənir.
“Biz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarını Azərbaycanın hər bir rayonunda açıq şəkildə müşahidə edirik. Daşkəsən rayonunda da son illərdə çox böyük quruculuq işləri həyata keçirilib. Bu gün Daşkəsəndə əhalinin sayı artmaqdadır. Bir zamanlar müəyyən səbəblərdən rayonu tərk edən insanlar artıq buraya qayıtmaqdadırlar. Daşkəsəndə həyat şəraitinin yaxşılaşdırılması, Prezidentimizin söylədiyi həmin siyasətin məntiqi nəticəsidir. Bu gün Daşkəsənin su, elektrik enerjisi, qaz ilə təchizatında çox böyük irəliləyişlər əldə olunub. Yaxın gələcəkdə Daşkəsəndə təbii qazla təmin olunmayan bir dənə də kənd qalmayacaq. Eyni zamanda, elektrik enerjisinin təminatında da bu gün Daşkəsəndə kəndlərin əksəriyyətində bu məsələ həll olunub. Son illərdə yalnız onlarla məktəbin tikilməsi, uşaq bağçalarının istifadəyə verilməsi, Daşkəsənin özündə böyük quruculuq, abadlıq işlərinin həyata keçirilməsi yeni Daşkəsən layihəsinin uğula həyata keçirilməsini göstərir. Bütün bu işlər bölgənin böyük perspektivindən xəbər verir. Eyni zamanda, bölgədə yeni iş yerlərinin açılması istiqamətində görülən işlər və insanların həyat səviyyəsinin yaxşılaşdırılması artıq vaxtilə bu rayondan köçən insanların geri qayıtmasını şərtləndirib. “,-deyən YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayeinin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Onun sözlərinə görə, bu məsələdə isə təhsil və tərbiyənin, elm və texnologiiyanın inkişaının olduqca böyük əhəmiyyəti vardır. Ona görə də, bu gün rayonlarda belə orta təhsil müəssisəlrinin istifadəyə verilməsi böyük əhəmiyyət daşıyır. Sonda Mübariz Qurbanlı bir daha Bilik günü və Əli İsmayılov adına Quşçu kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kənd sakinlərini və məktəbliləri təbrik edib.
Daha sonra çıxış edən millət vəkili Rövşən Rzayev də ilk olaraq təbriklərini çatdırıb. O daha sonra Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən danışaraq deyib ki, dövlətin diqqət və qayğısı sayəsində bu gün Azərbaycanda yüksək intellektli, savadlı gənc nəsil yetişməkdədir. Bu gün Azərbaycan gəncləri əldə etdiyi böyük uğurlarla xalqımızı sevindinrir. Əlbəttə ki, bu uğurların təməli məhz orta məktəblərdə qoyulur. R.Rzayevin sözlərinə görə, təhsil işçilərinə qayğı son dövrlərlə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla bir daha öz təsdiqini tapıb. R.Rzayev daha sonra Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf siyasətinin uğurlarından danışaraq vurğulayıb ki, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil.
Daha sonra çıxış edən şəhid Əli İsmayılovun anası Yasəmən İsmayılova göstərilən diqqətə görə, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O deyib ki, bu gün Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş hər bir şəhidin ailəsi dövlət tərəfindən qayğı ilə əhatə olunur: “Şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi addımlar atılır. Eyni zamanda, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün dövlət müxtəlif tədbirlər görür, onların adı məktəblərə, meydanlara verilir. Mən bir şəhid anası olaraq, dövlətimdən, Prezidentimiz İlham Əliyevdən çox razıyam”.
Daha sonra Daşkəsən şəhər 5 saylı körpələr evi – uşaq bağçasının və Əmirvar kənd tam orta məktəbinin də açılışı olub.