Daşkəsənlilərin seçimi-Heydər Əliyev siyasəti, İlham Əliyev, xoş gələcək

06

 

YAP-ın ucqar dağ rayonu olan Daşkəsəndə təşkil etdiyi mitinqdə iştirak edənlərin sayı radikal müxalifətin toplaşdığı qurumun paytaxt Bakı şəhərində keçirdiyi mitinq iştirakılarının sayından qat- qat çox idi.

Daşkəsən seçiciləri 9 oktybarda Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevə səs verəcəklərini bildiriblər

Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Heydər oğlu Əliyevin təbilğat- təşviqat kampaniyası uğurla davam etdirilir. Bu məqsədlə Azərbaycanın bütün rayonlarında seçicilərlə ardıcıl görüşlər keçirilir. Bu gün Daşkəsən rayonunda da təşviqat kampaniyası çərçivəsində seçicilərlə zirvə görüşü keçirilib.

Görüşdə çıxış edən prezidentliyə namizəd cənab İlham Əliyevin səlahiyətli nümayəndəsi, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib ki, müstəqil Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçib. Xalqımızın Ümumilli lideri Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dövləti bütün sahələrdə çox böyük uğurlara imza atıb. Millət vəkilinin sözlərinə görə, cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşı dayanır. Dəfələrlə dövlətimizin başçısının çıxışlarında xüsusi vurğulanıb ki, Azərbaycanın ən inkişaf etmiş şəhəri ilə ən ucqar kəndi arasında fərq tamamilə aradan qalxsın. Hər bir vətəndaşımız harada yaşamasından asılı olmayaraq, onun həyat şəraiti yüksək səviyyədə qurula bilsin. Eyni zamanda, bu gün Azərbaycanın hər bir regionu inkişaf edib. Paytaxtla ən ucqar kəndlərimiz arasında fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, rayonlarda böyük potensial yaradılır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşdırılır. Əlbəttə ki, bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı İlham Əliyev də həmişə deyir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni, bu siyasət insan amilinə söykənir.
YAP İcra katibinin müavini əlavə edib ki, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticələridir. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. Və bu istiqamətdə hədəflər müəyyən edilibdir. Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş dövlətlər sırasına çatdırmaq üçün ilk növbədə sənayenin inkişafından, neft və qaz ehtiyatlarının ixracından əldə olunmuş kapitalın insan kapitalına çevrilməsi məsələsi gündəmə gəlir. Cənab Prezident bəyan edib ki, Azərbaycan artıq regionun siyasi, iqtisadi lideridir. İndi əsas məqsəd Azərbaycanı elm mərkəzinə çevirməkdir: «Bax budur Azərbaycanın reallıqları. Azərbaycan artıq özünü bütün məsələlərdə tam təmin etmək gücündədir. Azərbaycanın atdığı addımlar bütün regionun taleyini həll edir. Azərbaycan dünyada güclü dayaqlara malikdir».

YAP İcra katibinin müavini Mübariz Qurbanlı sonda bir daha əmin olduğunu bildirib ki, qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı öz seçiminə sadiq qalaraq növbəti dəfə cənab İlham Əliyevə səs verəcək. Bu seçim Azərbaycan xalqının xoşbəxt, firəvan gələcəyinə xidmət edir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun uğurlarından danışıb. O, deyib ki, Prezident İlham Əliyev xalqımız qarşısında verdiyi vədlərin hamısına əməl edib. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan R.Rzayev bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, ağıllı siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. Sonda isə o deyib ki, bu gün Azərbaycan vətəndaşına, seçicisinə “sən kimə səs verəcəksən?” sualını vermək artıqdır: “Çünki cavabı kifayət qədər aydındır – hamı ölkənin inkişafına, gələcəyinə – İlham Əliyevə səs verəcək”.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov çıxışında bildirib ki, 9 oktyabr Azərbaycan dövlətçiliyi tarixində çox mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. Onun sözlərinə görə, həmin tarixdə Azərbaycan xalqı öz gələcək taleyini müəyyənləşdirmək üçün növbəti dəfə seçki məntəqələrinə üz tutacaq. Ona görə də hər bir vətəndaş bu məsələyə öz vətəndaşlıq borcu, dövlətimiz qarşısında xidmməti kimi baxmalıdır. F.Umudov əmin olduğunu bildirib ki, bütün dövrlərdə dövlətçiliyə sədaqətlə xidmət edən daşkəsənlilər bu seçkilərdə də Azərbaycan dövlətinin gələcək inkişafı naminə xalqımızın namizədi cənab İlham Əliyevə səs verəcək. F.Umudov ölkəmizdə idmanın inkişafından da danışaraq Prezidentimizin siyasəti nəticəsində Azərbaycanın dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrildiyini vurğulayıb.

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışına prezident seçkilərinin ölkələrin tarixindəki əhəmiyyətini qeyd edərək başlayıb. Onun sözlərinə görə, prezident seçkiləri ölkənin hansı yolla irəliləyəcəyini, öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə, aqibətinin necə olacağını müəyyənləşdirir. Ona görə də, 9 oktyabr tarixi Azərbaycan dövlətinin siyasi tarixində mühüm yer tutacaq. Hər bir vətəndaşımız 9 oktybarda öz demokratik hüququndan istifadə edərək dövlətimizin gələcək taleyini kimə həvalə edəcəyinə qərar verəcək. Hikmət Babaoğlunun sözlərinə görə, görülən işlər və həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə kifayət qədər demokratik seçki mühiti yaradılıb və hər kəs öz iradəsini müstəqil şəkildə ifadə etmək hüququna sahibdir.

Mitinqdə çıxış edən Daşkəsən ictimaiyyətinin nümayəndələri əmin olduqlarını bildiriblər ki, həmişə Ulu öndər Heydər Əliyev siyasətinə sadiq olan daşkəsənlilər qarşıdakı seçkilərdə də bu kursun layiqli davamçısı, güclü dövlət xadimi İlham Əliyevə səs verəcəklər.

Tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

 

07 08 09