Davos Forumu başlayır

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi forumu başlayır.

XALQ.AZ xəbər verir ki,  48-ci dəfə keçirilən ənənəvi Davos forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev foruma qatılacaq. Onun “Strateji perspektivlər: Avrasiya” panelindəki müzakirələrdə çıxışı nəzərdə tutulub.  Davos Forumu yanvarın 26-na kimi davam edəcək.