Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verildi

DIN

 

Daxili İşlər Nazirliyinin rəhbərliyinə yeni səlahiyyət verilib.

XALQ.AZ  APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilib ki, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

Scroll to top