Depuatat onları ifşa etdi

Artıq vətəndəyəm. Bunu həm də ona görə deyirəm ki, günlərdir mənimlə mübarizə aparmağa çalışan, daha doğrusu, dillərindən söyüş və təhqir düşməyən müxtəlif radikal qüvvələr guya mənim Almaniyada polisə çağrıldığımı iddia edirlər.Başqa bir yalanları da odur ki, guya məni polis məntəqəsində bir neçə saatlığına saxlayaraq 100 min avro “cərimə” yazıblar.

XALQ,AZ xəbər verir ki, bunu millət vəkili Adil Əliyev bildirib.

“Deməli, bunlar bir yalan quraşdırırlar, sonra həmin yalana müxtəlif yalanlar qoşurlar və ardı-arası kəsilmir”, -deyən millət vəkilinin sözlərinə görə, Kölndəki tədbirdən sonra nə polisdə olub, nə də olmadığı yerdə ona qarşı “100 min avroluq” cərimə iddiası qaldırılıb.

“Ancaq bunlara heç nə təsir etmir, tutduqları yalanı buraxmırlar, özü də yuvarlaq rəqəmlərdən yapşıblar, yazırdılar ki, guya Köldəki tədbir üçün “80 min avro xərcləmişəm”.

Mən də yazdım ki, yalandır, otel zalının 3 saatlıq icarəsinə cəmi 1400 avro ödənib, çeki də var, yenə yalanlarını təkrar edirlər.

Türklərin yaxşı bir sözü var, deyir ki, çamur at, yapşmasa da izi qalsın.

İndi bunlar çamur, yəni, palçıq atmaqla məşğuldurlar, palçıq bizə nə yapşar, nə də izi qalar!

Bunlara nəsə anlatmağın xeyri yoxdur, bağırtıları, söyüşləri, yalanları və iftiraları özlərinə qalacaq”-deyə, millət vəkili əlavə edib.

 

Elgün