Deputat görüş keçirdi

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ərazi ilk partiya təşkilatı sədrləri ilə görüş keçirib.

XALQ.AZ xəbər verir ki, Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatıdır – sözləri ilə çıxışına başlayan millət vəkili Naqif Həmzəyev ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsinin onun yenilikçi partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən, YAP Gəncə şəhər təşkilatının qarşısında duran vəzifələrindən danışıb.

Naqif Həmzəyev Gəncədə fəaliyyət göstərənpartiya fəallarının hər bir uğurunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyə və tapşırıqlarının xüsusi rolu olduğunu qeyd edib.

Tədbirdə ərazi ilk partiya təşkilatları sədrlərinə işin günün tələbləri səviyyəsində qurulmasını, ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsini, gənc nəsilə sağlam həyat tərzi aşılamaq üçün maarifləndirici tədbirlərin keçirilməsi tövsiyə edilib.

Geniş diskussiya şəraitində keçən tədbirdə ərazi ilk partiya təşkilatlarında görülən işlər və qarşıda duran məsələlər müzakirə edilib.

 

 

 

Orxan