Deputat güllələndi

 

16

Dağıstanda naməlum silahlılar deputatı güllələyiblər.

Xalq.az Rusiya hüquq-mühafizə orqanlarından yayılan məlumata istinadən xəbər verir ki, Dağıstan Xalq Məclisinin deputatı Musa İslavovun avtomobili Xasavyurt-Babavyurt yolunda güclü atəşə tutulub. Nəticədə deputat aldığı yaralardan hadisə yerində keçinib, onun sürücüsü ağır yaralanıb. Hadisə Bakı vaxtı ilə səhər saat 9 radələrində baş verib. Deputatın “Lexus 470” markalı avtomobildə hərəkət etdiyi bildirilir. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, silahlıların axtarışı gedir.Virtualaz.org