Deputat “Qadın Davosu”nda mühüm təkliflər verdi

Millət vəkili Qənirə Paşayeva Avstraliyanın Sidney şəhərində dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində iştirak edib.

XALQ.AZ xəbər verir ki, deputat müzakirələr zamanı bir sıra təkliflərlə çıxış edib.

Q.Paşayeva müxtəlif ölkələrdən gələn fəal qadınlarla görüşərək onlara Azərbaycanla bağlı geniş məlumatlar verib.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə də danışan millət vəkili Ermənistanın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını vurğulayıb.

Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlərdən də söz açıb.

Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən deputat sonda tədbir iştirakçılarını və işgüzar xanımları Azərbaycana dəvət edib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir