Deputatlar Aşıq Əliyə top vura bilmədi (FOTO)

Futbol

Azərbaycanlı deputatlar şou-biznes nümayəndələrinə məğlub oldular

Bu gün şou-biznes adamları ilə millət vəkilləri futbol matçı keçirilib.

XALQ.AZ-ın məlumatına görə, oyun 1:0 şou-biznes nümayəndələrinin qələbəsi ilə sona çatıb.

Oyunda deputatlardan Qüdrət Həsənquliyev, Adil Əliyev, Zahid Oruc, Ülvi Quliyev, Fazil Mustafa, Siyavuş Novruz, Fuad Muradov oynayıb, qapını isə Rauf Əliyev qoruyub. Şou-biznes nümayəndələrindən isə meyxanaçı Vüqar, skripkaçı Səlim oynayıb, qapıda isə Aşıq Əli dayanıb.

Deputatlar hesab edirlər ki, oyunu uduzmalarına səbəb Zahid Orucun və Fuad Muradovun zəif oyun nümaiş etdirməsi olub. Eyni zamanda şou-biznes nümayəndəsinin qapısını qoruyan Aşıq Əlinin kilolu bədən quruluşu da deputatlara qapıdan qol keçirməyə imkan verməyib.

Qeyd edək ki, Olimpiya Yığma Komandalarının Təlim-Məşq Bazasında keçirilən mini-turnir Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

F-1

F-2

F-3