Di Kapriodan təsirli nitq (VİDEO)

Bir neçə gün əvvəl BMT-nin iqlim dəyişikliyi üzrə sülhməramlı səfiri təyin edilən dünyaşöhrətli aktyor Leonardo di Kaprio bu vəzifədə ilk çıxışını edib.

XALQ.AZ-ın məlumatına görə, Hollivud ulduzunun “indiyədək söylədiyi ən təsirli nitq” adlandırılan çıxışı BMT-nin Baş Assambleyasının İqlim Sammitində baş tutub. Di Kaprio dünya liderlərinə və BMT-yə üzv ölkələrin nümayəndələrinə üzünü tutaraq, iqlim dəyişikliyini öz prioritetləri etməyə çağırıb.

“Bu, partizan müzakirələri deyil. Bu, insanların müzakirəsidir. Təmiz hava və yaşayışa yararlı iqlim danılmaz insan haqlarıdır. Bu böhranın həll edilməsi də siyasət məsələsi deyil, bu, bizim özümüzün sağ qalma məsələmizdir. Bu, bütün dövrlərin ən təcili həll edilməli məsələsi və ən vacib ismarışıdır. Dünya liderləri, mən yaşamaq istədiyimi büruzə verirəm, siz isə yox. Amma indi növbə sizindir. Bəşəriyyətin ən böyük çağırışına cavab vermək vaxtı indidir. Sizdən cəsarət və vicdan istəyirik.” – deyə, Leonardo di Kaprio bildirib.

BMT-nin Baş katibi Ban Ki-mun İqlim Sammitinə 100-dən çox dünya liderini dəvət edib. Sammit qlobal istiləşmə üçün və istixana qazlarının artmasına qarşı yeni kursun müəyyənləşdirilməsi məqsədi daşıyır.