Diasporla İş üzrə Dövlət Komitəsinin yeni loqosu, himni və saytı yaradılıb.
XALQ.AZ-ın məlumata görə, bu barədə komitə sədri Fuad Muradov deyib.
Komitə sədri bildirib ki, loqo ilə bağlı müsabiqə də elan edilib: “Loqo aidiyyəti qurumlarla razılaşdırılıb”.
F.Muradovun sözlərinə görə, komitənin bununla yanaşı, yeni saytı da yaradılıb: “Sayt 3 dildə – Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir”.
Sədr həmçinin qeyd edib ki, “Vətən uzaqda deyil” adlı mahnı da yazılıb.