Dilarə Kazımova Macarıstana yollanıb

Dilare

“Eurovision-2014” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova promo-tur çərçivəsində Budapeştdə yola düşüb.

Xalq.az-ın məlumatına görə, bu barədə ifaçının mətbuat katibi xəbər yayıb. O bildirib ki, bu artıq Dilarənin tur çərçivəsində yollandığı 3-cü ölkədir. D.Kazımova bu gün Macarıstanın “Eurovision-2014” təmsilçisi Andraş Kallay-Sonderslə görüşəcək. Şəhərə toplanan ifaçıların yerli media nümayəndələri ilə bir neçə görüşləri planlaşdırılıb. Görüşdən sonra isə onlar Macarıstanın “Ma Reggel” səhər şousunda iştirak edəcəklər.

Daha sonra iki ölkə təmsilçiləri “Kívánságkosár” teleşousunda çıxış edəcəklər. Verilişdən sonra Dilarə Kazımova “Híradó” xəbərlər proqramına müsahibə verəcək və bir neçə yerli radiostansiyaların qonağı olacaq. Bundan əlavə olaraq o “adal2014.hu” saytı vasitəsi ilə izləyicilərin suallarını online cavablandıracaq.

Qeyd edək ki, D.Kazımovanın promo-tur çərçivəsində səfər edəcəyi növbəti ölkə Rusiya, Gürcüstan və Malta olacaq.