DİM onlayn sınaq imtahanları keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə 2013-2017-ci illərdə qəbul və sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanları təşkil edir.

XALQ.AZ xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, hər bir qrup üzrə qiyməti 3 manat olan onlayn sınaq imtahanlarına abituriyentlər evi tərk etmədən rahat şəkildə yazıla və ya onlara uyğun günün istənilən vaxtında daxil olub biliklərini yoxlaya bilərlər.

Qeyd olunub ki, hazırda 2015 və 2016-cı il qəbul imtahanlarının sual kitabçaları üzrə onlayn sınaq imtahanları https://azvision.az/redirect.php?url=http://otk.az portalına yerləşdirilib. Digər illərə aid imtahan materialları portala yerləşdirildikcə əlavə məlumat veriləcək. https://azvision.az/redirect.php?url=http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir