DİN-nin açıqalaması

DIN

 

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda atanın azyaşlı oğlunu qətlə yetirməsi hadisəsi ilə bağlı məlumat yayıb.

XALQ.AZ-ın məlumatına görə, rayonun Ulacalı kəndində yaşayan əvvəllər məhkum olunmuş Röyal Məmmədov evində arvadı Günel Məmmədova ilə aralarında baş verən münaqişə zəminində 7 yaşlı oğlu Röyaminin başına çəkiclə xəsarət yetirib və nəticədə uşaq hadisə yerində ölüb.

R.Məmmədov Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Araşdırmalar davam etdirilir.