DİN-nin açıqlaması

25

 

 

Daxili İşlər Nazirliyi qarda sürüşən, əsgərlikdən yenicə qayıdan gənclə bağlı məlumat yayıb.

Xalq.az DİN-in saytına istinadən xəbər verir ki, fevralın 2-də Binəqədi rayonu H.Babaşov küçəsində Bakı şəhər sakini Ağamehdi Mehdizadənin ayağı sürüşdüyündən yıxılıb və başından aldığı xəsarətdən hadisə yerində ölüb.

Qeyd edək ki, hadisə şahidlərinin məlumatına görə, Ağamehdi 3 gün əvvəl əsgərlikdən gəlib və yaxın ərazidə yerləşən şadlıq evlərinin birinə işə düzəlməyə gedirmiş.