Diqqətli olun:Yollarda radar və kameralar quraşdırılır

Ölkə ərazisində olan magistral yollarda radar və kameraların quraşdırılması prosesi davam etdirilir. Hazırda işlər Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay ərazisindən keçən hissəcində aparılır.
XALQ.AZ   xezerxeber.az-a istinadən  məlumat verir ki,  yollarda texnikalar qoyulub, təmir işləri aparılır. Səbəb magistral yollarda radar və videokamera sistemlərinin quraşdırılmasıdır.
Radarsız və videomüşahidəsiz yollarda daha çox qəzaların olması bu işin aparılması işinin vacibliyini artırıb.
Yollarda bu kimi tədbirlərin görülməsinə isə ən çox sevinən sürücülərdir. Sürücülərin sözlərinə görə, bu yolda radar və kameranın olmaması səbəbindən sürət həddi aşılır və ölümlə nəticələnən qəzalar baş verirdi.
Yolda quraşdırılan cihazlar vasitəsilə axtarışda olan maşınları, həmçinin müxtəlif vaxtlarda qayda pozuntusuna yol vermiş avtomobilləri də müəyyənləşdirmək olacaq. Həmçinin, ağıllı videokamera sistemi nömrə oxuma qabiliyyətinə də malik olacaqdır.
Göyçay ərazisində işlər tam yekunlaşandan sonra növbəti hədəf Ağsu dolayları olacaq. Burda da radar və kameralar quraşdırlacaq.
May ayında magistral yol boyunca işlər tamamilə başa çatacaq.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir