DİQQƏT: Bu xəbəri qadınlar oxusunlar – Bu xəstəliklərə yoluxa bilərsiniz

İnsanlar Hepatit, QİÇS, Siflis, Göbələk kimi müxtəlif infeksion və dəri xəstəliklərinə bu gün gigiyenik normalara əməl edilməyən ictimai yerlərdə daha çox yoluxur. Bu yerlər sırasında da gözəl salonların öndə gəlir.

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotologiya laboratoriyasının müdiri Günel İbrahimova  XALQ.AZ -a açıqlamasında bildirib ki, sterilliyinə əmin olmadığmız gözəlllik salonlarına gedərkən, mütləq şəxsi vasitələrimizi özümüzlə aparmalıyıq:

“Çox müşətirsi olan salonlar vaxt tapıb bütün vasitələri sterlizə edə bilməzlər. Burada Hepatit, Siflis, QİÇS, Göbələk və digər qanla keçən infeksion xəstəliklərə yoluxmaq mümkündür. Daha çox manikur, pedikur zamanı. Hətta bu proses zamanı dırnaq göbələyinə belə yoluxmaq olur. Saçqıran infeksion xəstəliklər sırasında olmasa belə, hər hansı bir insanın darağındam istifadə zamanı digər bir şəxsə keçir. Müştəriləri xəsliklərə yoluxdurmamaq üçün salonlarda istifadə olunan əşyalar mütəmadi olaraq sterlizə olumalıdır. Spirtlə təmizləmək sterlizə hesab edilmir. Çünki spirt onu təmizləmir. Əksinə, infeksiyanı yerində daha da möhkəmləndirir. Bunun üçün gözəllik salonlarında mütləq xüsusi təyin olunmuş sterlizə maddələrindən istifadə olunmaldır”.

Gözəlik salonunda hər hansı bir xəstəliyə yoluxmuş müştəri salonu məhkəməyə verə bilərmi?

Hüquqşünas Sunay Ramazanova bildirib ki, salonu həm maddi, həm də mənəvi ziyana görə məhkəməyə verib, təzminat almaq mümkündür. Xəstəliyin salondakı əşyalardan müştəriyə keçməsi sübut olunarsa, həmin salonu bağlatdırmaq da olar. Səmin salon Səhiyyə Nazirliyinin yoxlanışdan keçdikdən sonra cərimə belə oluna bilər.