Doğuş zamanı vəfat edən ana müəllimə imiş-Vİdeo

Sumqayıt şəhərindəki 2 saylı Doğum Evində 1988-ci il təvəllüdlü Əliyeva Gülsüm Rasim qızının doğuş vaxtı vəfat etməsi ilə bağlı cinayət işi açılıb.
muel
XALQ.AZ xəbər verir ki,  faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə iş başlanılıb.
Qeyd edək ki, xəstəxanadan bildirilib ki, 29 yaşlı qadın qanaxma nəticəsində həyatını itirib. Fakla bağlı müvafiq ekspertizalar təyin edilib.
Mərhum G.Əliyeva Sumqayıtdakı Qubadlı məktəblərindən birində kimya müəllimi imiş.

Scroll to top